Bakıda gözə görünməyən piyadanın təhlükə saçan videosu - VİDEO

Nəqliyyat TV 26 Dekabr 2019 | 12:40
OXUNUB: 955

Bakıda sürücüyə təhlükə yaradan piyadaların görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, günün qaranlıq saatında yolu keçmək istəyən ana və onun az yaşlı uşağı, avtomobilin ona yol verəcəyindən arxayın olaraq təhlükəli şəkildə yolu keçiblər. Sürücü yolu keçən qadına iradını bildirən zaman o, avtomobilin işığının olduğunu deyərək özünü müdafiə etməyə çalışıb.

Piyadalar yolu keçən zaman elə düşünür ki, sürücülər onları rahat şəkildə görərək yol verəcək. Bir çox hallarda bu belə olmur. Ona görə də yollarda piyada vurma halları azalmaq bilmir. Avtomobilin xarici işıq cihazları olsa da belə o, sürücüyə yaxın məsafəni görməyə şərait yaradır. Qaranlıq vaxtı süni işıqlandırma olmayan yollarda sürücünün qarşısına qəfil piyada çıxarsa onu vurmamaq ehtimalı çox aşağı olur. Piyadalara tövsiyə edirik ki, hər zaman yolu keçərkən avtomobillərin hərəkət sürətinə və sürücülərin görmə məsafəsinə qiymət verdikdən sonra hərəkətə başlasınlar. 

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man