Kreml Putinin Kiyevdən gələn əsirləri nədən qarşılamaq istəmədiyini açıqlayıb
Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenskidən fərqli olaraq, dəyişdirilən əsirləri nədən hava limanında qarşılamadığı sualını cavablandırıb.
Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Peskov qarşılanmanın dövlət başçısı səviyyəsində təşkilinin vacib olmadığını söyləyib.
"Prezident bu mübadilənin baş tutması üçün bacardığını edib. Vacib olan budu. Onun hava limanına gəlib gəlməməsi isə əhəmiyyətli deyil”,- Peskov deyib.
Peskov dəyişdirilən şəxslərin siyahısını şərh etmək istəməyib.
Ukrayna ilə Rusiya arasında qarşılıqlı sürətdə qaytarılan əsirlər xüsusi təyyarələr vasitəsilə müvafiq olaraq Moskva şəhərinin "Vnukovo” və Kiyev şəhərinin "Borispol” hava limanına endirilib.
Əsirlərin "35-in 35-ə" formulu üzrə mübadiləsi sentyabrın 7-də keçirilib. Qeyd edək ki, Ukrayna prezidenti Zelenski məhkumları təyyarə pilləkəni qarşısında qarşılayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man