“BMW” döngədə 140-la ağaca çırpıldı: 2 nəfər hadisə yerində öldü - VİDEO

Nəqliyyat TV 25 Dekabr 2019 | 22:00
OXUNUB: 2920

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün saat 10.30 radələrində Primorsk şosesinin 12-ci kilometrliyinin Komarova qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “BMW” markalı minik avtomobili, döngədə idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Zərbənin təsirindən avtomobil tamamilə yarasız vəziyyətə düşüb.

Nəticədə 25 yaşlı sürücü və 22 yaşlı sərnişini aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Qəzadan sonra avtomobilə baxış keçirən polis əməkdaşları, sürətölçənin oxunun 140 km/saatın  üzərində qaldığını görüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man