Əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərə mane olan sürücünün görüntüləri kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, dekabrın 21-i Binəqədi şossesində (Baş Dövlət Yol Polisi idarəsinin yaxınlığında) hərəkət edən 42-BH-985 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin sürücüsü 1.1 xəttinin tələbini pozaraq əks istiqamətə çıxıb. Həmin sürücü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.
Bir çox sürücülər tıxac zamanı əks istiqamətə çıxaraq gedəcəyi ünvana tez çatmaq istəyir. Lakin bütün sürücülər bu düşüncə ilə hərəkət etsə yolda xaos yaranar. Ona görə də yolda səbirli olmaq lazımdır. Mənzil başına 1-2 dəqiqə tez və ya gec çatmaqla heç nə dəyişəsi deyil.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man