Lənkəranda 57 yaşlı kişini avtomobil vurub

Yol qəzaları 24 Dekabr 2019 | 21:15
OXUNUB: 837

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, “Kürə” deyilən ərazidə qeydə alınıb. 

Belə ki, rayonun Xolmili kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadanı, 1962-ci il təvəllüdlü Viyən kənd sakini Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub. Nəticədə A.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəyə piyadanın sərxoş halda qəfildən nəqliyyat vasitəsinin qarşısına çıxmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man