Türkiyənin Çankırı vilayətində iki TIR-ın iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Kurşunlu rayonunun Eskiahır kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Samsundan İstanbul istiqamətinə hərəkətdə olan Özcan Özdiləkin idarə etdiyi 14 AK 387 qeydiyyat nömrə nişanlı TIR, yolun əks zolağına çıxaraq 78 SU 191 qeydiyyat nömrə nişanlı dəmir yüklü TIR-la toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Nəticədə 2 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla Çankırı Dövlət Xəstəxanasına çatdırılıblar.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man