Bakıda qaydaları kobud şəkildə pozan daha bir avtobus sürücüsü vətəndaşlardan biri tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, 10 TH 022 dövlət nömrə nişanlı, 40 nömrəli marşurut xətti ilə hərəkətdə olan avtobusun sürücüsü tıxacda əks istiqamətdə hərəkət edir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrinin önünü kəsir. Daha sonra zolağa qayıtmaq istədikdə isə ümumiyyətlə hər iki yolda tıxac yaradır.
Qeyd edək ki, bu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Cəriməsi isə 100 manat və 4 baldır. Videonu təqdim edirik. Ümid edirik ki, DYP və BNA sürücü barəsində müvafiq tədbir görəcək.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man