Azadlıq prospektində zəncirvari qəza: Yüksək sürət təhlükə yaratdı - FOTO

Yol qəzaları 24 Dekabr 2019 | 00:45
OXUNUB: 1974

 

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.  

Oxu.Az xəbər verir ki, Azadlıq prospekti ilə yülsək sürətlə hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığında hərəkətdə olan İlkin Vəliyevin idarə etdiyi “10-VL-500” dövlət nömrə nişanlı BMW markalı avtomobilə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi “90-NC-660” dövlət qeydiyyatlı “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.  

Nəticədə “Chevrolet”in sürücüsü və avtomobildə olan iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.  

Hadisədən sonra yolda sıxlıq yaranıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.  

Faktla bağlı araşdırma aparılır.  

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man