İsraildə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident rayonun 40-cı şosesində yerləşən David Ben-Qurion adına hava limanının yaxınlığında qeydə alınıb. Bu barədə “Ynet” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Qüdsdən Hayfa şəhərinə gedən sərnişin avtobusu, naməlum səbəblərdən idarəetmədən çıxaraq beton dayanacağa çırpılıb.
Bildirilir ki, yaralılardan vəziyyətləri ağır olan 2 nəfər Şiba xəstəxanasına, qalan 12 nəfər isə yaxınlıqdakı tibb məntəqələrinə çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır. Artıq təhqiqatçılar avtobus sürücüsü ilə söhbətlər aparıb, hazırda araşdırmalar davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man