Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 24 yaşlı Raya adlı xanım yaşadığı küçədə hərəkət edərkən naməlum avtomobil tərəfindən vurulub. Piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırılıb. Mərkəzin həkimləri bildirib ki, xəsarət alan piyada müayinə olunub və ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man