İngiltərədə avtobusun və avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər saatlarında Londonun cənub-qərbində qeydə alınıb. Bu barədə “The Sun” portalı məlumat yayıb.
Məlumata görə, reys avtobusu minik avtomobillə toqquşub. Zərbənin şiddətindən avtobusda yanğın baş verib, alovlar sonra digər nəqliyyat vasitəsinə də keçib.
Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Polis baş verən qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man