Sosial şəbəkədə avtomobili mikroavtobusun yük yerində daşınma görüntüləri izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, qeyri-adi hadisə Rumıniyanın Redeuçi şəhərciyində qeydə alınıb.
Kadrlarda, hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük yerinə gümüşü rəngdə 3-cü seriya “BMW E46” markalı avtomobilin kuzasının yanakı vəziyyətdə yerləşdirildiyi görülür.
Qapısı açıq və heç bir təhlükəsizlik tədbirləri görülmədən nəqliyyatda irəliləyən “Mercedes”, digər hərəkət iştirakçılarında həyatını təhlükəyə atır.
Sürücü nəqliyyatın gur olan vaxtı bu cür vəziyyətdə bir müddət yoluna davam edib. Xəbərdə, sürücünün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmadığı barədə məlumat yer almayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man