Sürücülər diqqətli olun! Bakıda daha bir yola kamera quraşdırıldı - VİDEO

Nəqliyyat xəbərləri 21 Dekabr 2019 | 21:30
OXUNUB: 2081

Sürücülər, diqqətli olun, Bakıda daha bir yola kamera quraşdırılıb. Tıxacın ən çox müşahidə edildiyi yollardan birinə - ''Şamaxinka'' kimi tanınan əraziyə kameralarla nəzarət ediləcək. Bundan sonra moskva prospektinin sözügedən hissəsində dayanma və durma qaydalarını pozanlar cərimələnəcəklər. Bakı nəqliyyat agentliyi bununla bağlı sürücülərə müraciət edib.

Daha bir əsas yolda dayanma və durmanı pozanlar kameralarla cərimələnəcək.

Söhbət paytaxtın Nəsimi və Yasamal rayonlarının ərazisində düşən Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsindən gedir.

Elə bu yoldan istifadə edənlər də ərazidə tıxacın yaranmasının əsas səbəbinin parklanma qaydasını pozan sürücülər olduğunu deyirlər. Xüsusilə də şimal bölgəsi istiqamətində müştəri aparan taksi sürücüləri yolun bir neçə zolağını zəbt etdiyindən günün pik saatlarda yolda uzun-uzadı tıxacların yaranmasına səbəb olur.

Bakı Nəqliyyat Agentliyi sürücələrə sözügedən ərazidə qaydalara əməl etməyə çağırıb. Agentlikdən bildirilib ki, bundan sonra ərazidə nəzarət daha da gücləndiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man