Yevlax rayonunda 2 nəfərin öldüyü, 18 nəfərin yaralandığı yol qəzasını törətməkdə təqsirləndirilən Xudaverdi Şərifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, bu il mayın 23-ü saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini X.Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb.
Nəticədə 2 sərnişin, Yevlax rayon sakinləri - 2006-cı il təvəllüdlü İmanzadə Sevindik Tamerlan oğlu və Musayeva Səadət Məzahir qızı hadisə yerində ölüb, sürücü və 19 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Daha sonra sürücü X.Şərifov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man