Çinin Çzilin əyalətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə bu gün yerli saatla 09.00 radələrində Tunxua şəhərində qeydə alınıb. Bu barədə “CNR” radiosu məlumat yayıb.
Məlumata görə, 30 sərnişinin olduğu avtobus naməlum səbəblərdən uçuruma yuvarlanıb.
Bildirilir ki, ölən və xəsarət alanlar var. Yaralılar xəstəxanalara çatdırılıblar.
Əraziyə xilasetmə və polis əməkdaşları cəlb edilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man