Bakıda piyadanın xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib

Yol qəzaları 21 Dekabr 2019 | 09:45
OXUNUB: 926

Binəqədi rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə “Gənclər şəhərciyi” yaşayış massivinin yaxınlığında qeydə alınıb. Minik avtomobili 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Adil qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Digər qəza isə Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib. 

Belə ki, minik avtomobili piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Bəylər Kərim oğlunu vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man