Boliviyada avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ölkənin qərbində yerləşən La Asunta şəhərində qeydə alınıb. Bu barədə “EFE” agentliyi məlumat yayıb.
Məlumata görə, çayətrafı dağlıq yolda hərəkətdə olan sərnişin avtobusu, sürücünün idarəetməsindən çıxaraq yarğana yuvarlanıb.
Nəticədə azı 5 nəfər vəfat edib, daha 11 nəfər isə xəsarət alıb. Daha iki nəfər isə itkin düşüb. Hadisə yerinə xilasetmə, polis və səhiyyə briqadaları cəlb edilib. Yaralılar, ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Xilasedicilər itkin düşən iki nəfərin axtarışlarına başlayıb.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man