Kolumbiyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident dekabrın 18-dən 19-na keçən gecə Antıokiya departamentinin şimal-qərbində yerləşən şəhərətrafı Medelinada qeydə alınıb. Bu barədə “El Tiempo” agentliyi məlumat yayıb.
Məlumata görə, bir qrup insan yeni il qabağı şənlik keçirmək üçün avtobus kirayəyə götürüb və yola çıxıblar. Bundan sonra hərəkətdə olan avtobus, sürücünün idarəetməsindən çıxıb və uçurumdan Medelina çayına aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Müvafiq qurumlar tərəfindən təhqiqatlara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man