Sürücü parça-parça olan avtomobildən sağ-salamat xilas oldu - FOTO

Yol qəzaları 20 Dekabr 2019 | 16:00
OXUNUB: 926

Türkiyənin Zonquldaq vilayətində sürücü qəza nəticəsində deformasiyaya uğrayan avtomobildən xəsarət almadan qurtulub. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Bülənd Ecevit Bülvarı ətraf yolu istiqamətində qeydə alınıb.

Məlumata görə, Nevzat B.-nin (55) idarə etdiyi 67 ZV 819 qeydiyyat nömrə nişanlı minik avtomobili, hərəkətdə olan zaman idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılaraq çevrilib. Təxminən 20 metrə sürüklənən avtomobil bir müddət sonra dayanıb. Zərbənin təsirindən maşın hissələrə ayrılıb.

Ətrafdakı insanlar dərhal sürücünün köməyinə gəliblər. Nevzat B. vətəndaşların köməkliyi ilə maşından çıxarılıb. Daha sonra ona, hadisə yerinə gələn səhiyyə əməkdaşları ilkin tibbi yardım göstəriblər. Ardınca Nevzat B., xəsarət almadığını deyərək xəstəxanaya getməkdən imtina edib.  

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man