Venesuelanın Kharallave şəhərində təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident Karakas Oskar aeroportu yaxınlığında baş verib.
Məlumata görə, göyərtəsində 2 ekipaj üzvünün və 7 sərnişinin olduğu “Beechcraft King Air 100” tipli təyyarə, hava limanına enişə keçdiyi zaman qəzaya düşüb.
Bildirilir ki, hadisədə sağ qalan olmayıb. Xilasedicilər hava gəmisinin qalıqlarını aeroportdan 8 kilometr aralıda aşkarlayıblar.
Qəzanın qeyri-hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.
Müvafiq qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man