Misirin paytaxtı Qahirədə qatarın və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Dakahliya əyalətində qeydə alınıb. Bu barədə “Sada El Balad” portalı məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan qatar eyni anda dəmir yol keçidini keçmək istəyən minik avtomobillə toqquşub. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb.
Nəticədə 7 nəfər dünyasını dəyişib, daha 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, səhiyyə və xilasetmə briqadaları cəlb edilib.
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man