Şəmkirdə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 14-də saat 14 radələrində Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Ə.Əliyev vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Mahmudlu kənd sakini N.Məhərrəmov saxlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man