“Gelandewagen”i mərcdə uduzdu: vertolyota bağlayıb göydən yerə atdılar - VİDEO

Nəqliyyat TV 20 Dekabr 2019 | 11:35
OXUNUB: 10595

Rusiyanın Kareliya əyalətində iki Moskva sakini “Mercedes Gelandewagen” markalı avtomobili vertolyotdan aşağı atıblar. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri kamera vasitəsi ilə qeydə alınıb. Kadrlarda havada “Mİ-8” vertolyotuna “Mercedes Gelandewagen” markalı avtomobilin trosla bağlandığı və bir müddət irəlilədikdən sonra onu yerə atdığı görülür.

Yerli medianının məlumatına görə, buna səbəb paytaxt sakinlərinin bir-biri ilə bəhsə girməsi olub. Biri digərinə uduzub və Moskvada maşını hündürlükdən atmağa yer tapmadıqlarına görə, məcbur olub Petrozavodsk şəhərinə üz tutublar.

“Peskax” aeroportunun nümayəndəsinin sözlərinə görə, iki Moskva sakini vertolyotun 20 dəqiqəsinə 250 min rubl (6800 AZN) ödəyiblər. 1995-ci il istehsalı olan avtomobilin qalıqları daha sonra metal qəbulu məntəqəsinə təhvil verilib.

Nümayəndə həmçinin, “Belə qeyri-adi hadisə bizdə birinci dəfədir ki baş verir” sözlərini söyləyib.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man