Türkiyənin İstanbul şəhərində qadın sürücü siqnal verdiyi üçün yolun ortasında döyülüb. Avtosfer.az xəbər verir ki, hadisə Eyyupsultan rayonunda qeydə alınıb.
Məlumata görə, həkim Ş.A. adlı qadın sürücü qarşısında hərəkətdə olan və anidən əyləcə basan avtomobilə siqnal verib. Bundan sonra həmin sürücü avtomobilindən enərək qadına hücum çəkib. Həkimi döyən sürücü ətrafdakıların müdaxiləsindən sonra maşınına minərək hadisə yerindən qaçıb.
Şikayət əsasında Yol Patrul Xidmətinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Kamera görüntülərini araşdıran inspektorlar hücum edən sürücünün şəxsiyyətini müəyyən ediblər.
H.H.B. adlı sürücü polis əməkdaşları tərəfindən yaxalanaraq bölməyə aparılıb. H.H.B.yə Yol hərəkəti qaydalarının 59-cu maddəsini, (zəruri hallarda lazımi tədbirlər görmədən dayanma və ya park etmə) pozduğuna görə 108 lirə (31 Azn) cərimə kəsilib.
Həkim Ş.A. isə onu döyən sürücüdən şikayət edib.
Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə “Sağlamlığa qəsdən xəsarət yetirmə” maddəsi ilə həbs olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man