Bakıda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "90-PK-069" dövlət nömrə nişanlı "Lexus" markalı avtomobil sürət həddini aşaraq, "99-UA-825" dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə çırpılıb. "Opel" isə öz növbəsində "90-OE-517" dövlət nişanlı "Hyundai" markalı avtomobilə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları və evakuator cəlb olunub.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man