Bakıda qadını vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 15-də saat 23 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulub.
Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man