Türkiyənin Trabzon vilayətində TIR-ın və mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün günorta saatlarında Akçaabat rayonunda qeydə alınıb.
Məlumata görə, Trabzondan Giresuna gedən Gürcüstan qeydiyyat nömrə nişanlı TIR, eyni istiqamətdə hərəkətdə olan 61 M 1152 qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusunu arxadan vurub.
Nəticədə mikroavtobusun salonunda olan 23 nəfər və TIR-ın sürücüsü xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə rayonun müxtəlif xəstəxanalarına çatdırılıblar. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man