Xədicə İsmayılda xərçəng xəstəliyi aşkarlandı: "İstəmir ki, kimsə bilsin..."

30 Avqust 2019 | 17:44
OXUNUB: 3352
Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılda tiroid(qalxanabənzər vəzi) xərçəngi aşkar olunub.

Sfera.az correct.az saytına istinadla xəbər verir ki, bu barədə Milli Şuradakı mənbə xəbər verib. Mənbənin sözlərinə görə, jurnalist boyun nahiyəsində əllə hiss ediləcək şişkinlik hiss edib və müvafiq müayinələrdən keçib: "Müayinə zamanı məlum olub ki, Xədicə xanımda tiroid xərçəngi var”.

"Xədicə xanım qürurlu adamdır, istəmir ki, xəstəliyi barədə insanların məlumatı olsun”, – mənbə bildirib.

Sayt araşdırıb ki, tiroid xərçəngi nisbətinə görə, bir milyon insandan 40-da rast gəlinir. Boyun nahiyəsində tədricən böyüyən kütlə formasında inkişaf edən bu xəstəlik müəyyən müddət sonra konkret lokalizasiyaya (şişkinliyə) səbəb olur və təcili cərrahi müdaxilə tələb edir.

"Diqqətə çatdıraq ki, digər xərçəng növlərində olduğu kimi, tiroid xərçənginin də yaranmasında irsi faktor mühüm rol oynayır. Təsadüfi deyil ki, jurnalistin anası Elmira İsmayılova ötən ilin martında Türkiyənin Ankara şəhərində xərçəng xəstəliyi səbəbindən vəfat edib. Türkiyəli həkimlər onu əməliyyata alsalar da, həyatını xilas edə bilməyiblər”, – sayt yazır.

Xatırladaq ki, Xədicə İsmayılın hazırda 43 yaşı var. Uzun müddət "Azadlıq” Radiosunun Bakı bürosunda çalışan X.İsmayıl eyni zamanda "Eurasinaet.org”, "Washington Times”, "The New York Times”, "BBC”, "Deutche Welle”, "Voice of America” (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi yazılar hazırlayıb, bir müddət həbsdə yatıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man