Bakıda 1 dəqiqədə 7 sürücü "protiv" getdi - VİDEO

Nəqliyyat TV 16 Dekabr 2019 | 14:45
OXUNUB: 1037

Bakıda qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində 7 sürücü ardıcıl olaraq qoşa xəttin tələbini pozub. Avtomobillərin gprüntülərini qeydə alan digər sürücü isə buna etiraz etdikdə kobudluqla qarşılanıb. Qayda pozan sürücülərin dövlət nömrə nişanları və avtomobillərin modellərini, həmçinin videogörüntünü təqdim edirik. Ümid edirik ki, DYP bu sürücüləri müvafiq qaydada cərimələcək.

“Mercedes Viano” - 90 KG 134

Toyota Prado – H 015 121

“Mercedes” - 99 KO 408

“Hyundai Sonata” - 90 SZ 685

“Toyota Camry” - 10 GU 400

“Mercedes Viano” - 99 RV 490

Toyota Prius - 09 BN 672

Qeyd edilən avtomobillər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə görə, 60 manat və 3 bal cərimə olunmalıdır.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man