Polis yol istədi, sürücü panikaya düşüb onu çaşdırdı - VİDEO

Nəqliyyat TV 16 Dekabr 2019 | 12:40
OXUNUB: 14523

Operativ nəqliyyat vasitələri sayrışan işıq siqnalını və xüsusi səs siqnalını qoşan zaman digər avtomobil sürücüləri onlara yol verməlidir. Bəzən sürücülər onlara yol vermir və yaxud necə yol verəcəklərini bilmirlər. Avtosfer.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda hərəkət edən Yol Patrul Xidməti avtomobili, sayrışan işıqları və xüsusi səs siqnalını qoşaraq səsgücləndirici ilə sürücülərdən yol verməyi tələb etsə də, sürücülərdən bir neçəsi panikaya düşüb. Onlar gah sağa, gah da sola manevr edərək polisi çaşdırıblar.

Bu cür hallarda xüsusi səs siqnalını eşidən zaman dərhal arxanı göstərən güzgülərdən istifadə edərək operativ nəqliyyat vasitəsinin hansı zolaqla hərəkət etməsinə baxmaq lazımdır. Həmin nəqliyyat vasitəsi əgər sizin hərəkət etdiyiniz zolaqla hərəkət edirsə, siz müvafiq istiqamətə dönmə işığını yandıraraq ya sağa, ya da sola çəkilərək yol verməlisiniz. 

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man