Rusiyanın Mordoviya əyalətində 4 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat-hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün M5 "Ural” avtomagistralının 27-ci kilometrliyində Torbeevskiy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 43 yaşlı sürücünün idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobil, əks zolağa hərəkət edərək “Toyota Land Cruiser” markalı maşınla toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Toyota”, əvvəlcə 32 yaşlı sürücünün idarəetməsində olan “VAZ 21124” markalı maşına sonra da “Renault Logan”a çırpılıb.
Nəticədə “Volkswagen”nin sürücüsü və 3 sərnişini hadisə yerində vəfat ediblər. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Faktla bağlı təhqiqatlara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man