Bakıda sürücü avtomobilinə ziyan vuran avtoxuliqandan şikayət edib - VİDEO

Yol qəzaları 16 Dekabr 2019 | 08:30
OXUNUB: 846

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib

APA xəbər verir ki, “Azneft” dairəsində yol-hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil “Opelə” markalı avtomobilə çırpılıb. 

“Opelin” sürücüsü Vahid Ələkbərovun APA-ya verdiyi məlumata görə, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət etdiyini deyib. 

Səbail Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi tədbir zamanı “VAZ 2107” markalı avtomobili idarə edən Nuru adlı şəxs saxlanılıb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb. Hər iki sürücünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man