Türkiyənin Mersin vilayətində minik avtomobilinin və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Tarsus rayonunda qeydə alınıb.
Məlumata görə, Ayşəgül K.-nin (29) idarə etdiyi 34 CDF 724 qeydiyyat nişanlı “Renault Megane” markalı minik avtomobillə, eyni istiqamətdə hərəkətdə olan Ridvan Ç.-nin idarə etdiyi 27 VZ 886 qeydiyyat nömrə nişanlı TIR-a yan hissədən çırpılıb.
Nəticədə “Renault” sərnişin kreslosunda əyləşən Nevin Koçer hadisə yerində vəfat edib.
Sürücü ilə arxa kresloda əyləşən Efekan Gök (14) ilə Memis Gök (20) ağır xəsarətlər alıblar. Yaralılar, qəza yerinə çağırılan ambulanslarla Tarsus Dövlət xəstəxanasına çatdırılıblar.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man