Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Axtaçı kənd sakini “Mercedes” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəzarətdən çıxan avtomobil yol kənarındakı gölməçəyə düşüb. Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man