Çində itin maşını hovuza salma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Zhejiang əyalətinin Xinguang kəndində qeydə alınıb.
Karlarda, hovuz kənarına avtomobilin yaxınlaşdığı, sürücünün aşağı endiyi və maşının yanından uzaqlaşdığı görülür. Bundan sonra avtomobil hovuza doğru hərəkət edərək suya batır.
Yerli medianın məlumatına görə, avtomobil sürücüsü sahib olduğu mağazadan bir neçə bağlama götürməyə gedib. Sürücü avtomobilin baqajını açıq qoyaraq mühərriki söndürməyib. Bu arada salonda olan it bir anlıq həyəcanlanaraq surət qutusunu “hərəkət” rejiminə keçirib və avtomobil hovuza doğru hərəkət edərək suya qərq olub.
Xoşbəxtlikdən o, itini boğulmaqdan xilas edə bilib. Ancaq məlum deyil ki, sürücü öz nəqliyyat vasitəsini xilas edə bilib, yoxsa yox.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man