Türkiyənin Kırşehir vilayətində sərnişin avtobusunun və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident yerli saatla 10.00 radələrində Kayseri – Ankara avtomagistralında qeydə alınıb.
Məlumata görə, Kamil Qoç şirkətinə məxsus 38 H 2600 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, qovşaqda Saleh Çiçəyin idarə etdiyi “Renault” markalı avtomobilə çırpılıb. Avtobusun qarşısında metrlərlə sürüklənən avtomobil deformasiyaya uğrayıb.
Nəticədə avtomobilin salonunda olan sürücü Saleh Çiçək (50), oğlu Yasin Çiçək (20), qızı Sedanur Çiçək (18) hadisə yerində vəfat ediblər. Digər qızı Mərvə Nur Çiçək (15) isə xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Müvafiq qurumlar tərəfindən təhqiqatlara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man