"YPX əməkdaşı bu əməli həqiqətən təqdirə layiqdir" -Hüquqşünas

İctimai nəqliyyat 14 Dekabr 2019 | 10:00
OXUNUB: 1903

“Ömrümdə birinci dəfədir ki, DYP postunda inspketor məni saxlayaraq halımı soruşdu. Əgər yorğunamsa dincəlməyi, üzümə su vurmağı, su və ya çay içməyi təklif etdi. Tam səmimi deyim ki, belə halları sosial şəbəkədə görəndə çox da inanmırdım. Amma bu gün canlı şahidi oldum. Bu cür işini şərəflə, vicdanla, dürüst şəkildə icra edən bütün YPX inspektorları ilə fəxr edirəm. Sürücü ilə nəzakətli danışığı, inspektorun insani keyfiyyətlərinin müsbət olmasından xəbər verirdi. Əhsən.YPX əməkdaşı Babayev Mirseyidin bu əməli həqiqətən təqdirə layiqdir.”

Avtosfer.az xəbər verir ki, bu sözləri hüquqşünas Rüstəm Cəfərov öz "Facebook" səhifəsində yayımlayıb. Belə ki, "Nəvai" postu ərazisində, günün qaranlıq vaxtı sürücünü yol polisi saxlayır. Daha sonra ona su içmək və istirahət etməyi təklif edir. Eyni zamanda video paylaşan hüquqşünas bir daha yol polislərinə təşəkküsrünü bildirib.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man