Bu gün "Ümid yeri" uşaq sığnacağında "Yollar... Uşaqlar Həyat gözəldir! Valideyn himayəsindən məhrum olan uşaqlar üçün yol hərəkəti təhlükəsizliyinin öyrədilməsi" tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Şəhər Baş Polis İdarəsinin, Xəzər rayonu Polis İdarəsinin əməkdaşları, jurnalistlərin və müxtəlif təşkilatların nümayəndələri, iştirak edib.
Tədbirdə çıxış edən “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimova bildirib ki, əsas məqsəd uşaqların yol hərəkəti qaydalarını öyrənməsi və əməl etməsidir. Qeyd olunub ki, bu istiqamətdə müramadi olaraq tədbirlər həyata keçirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, uşaqlara yol hərəkəti qaydalarının aşılanması, onların bu biliklərə yiylənməsi zəruridir. Çünki hər bizimiz yol hərəkəti iştirakçısıyıq.
Daha sonra sığınacağın uşaqlarının hazırladığı müxtəlif səhnəciklər nümayiş olunub.4
Daha sonra təltifetmə marasimi başlayıb. “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimova Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov tərəfindən diplomla təltif olunub. Eyni zamanda tədbirdə fərqlənən uşaqlar da “Təşəkkürnamə” ilə təltif ediliblər.
Uşaq sığnağacığının hər bir sakinininə “İnci” şirkəti tərəfindən təqdim olunmuş müxtəlif məktəbli ləvazimatları, oyuncaqlar, faydalı kitablar, rəngli kağızlar, blaknotlar, albomlar, qələm, rəngli karandaşlar, stolüstü oyunlar, xətkeş, sual kitabçaları hədiyyə olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimova bu nəcib addıma görə şirkət rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man