Prezident Administrasiyanın qarşısında "protiv" gedən sürücü - 10 UO 301 - VİDEO

Nəqliyyat TV 13 Dekabr 2019 | 08:50
OXUNUB: 1631

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabr ayının 12-i, saat 23:53 radələrində  Azneft dairəsindən Niyazi küçəsi ilə Prezident Administrasiyası istiqamətində baş verib. Belə ki, 10 UO 301 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yüksək sürətlə əks istiqamətdə hərəkət edir. Daha sonra isə İstiqlaliyyət küçəsinə dönərək gözdən itir. Sürücünün bu addımı inzibati xəta tərkibi yaratmaqla yanaşı həm də təhlükəlidir. 

Qeyd edək ki, Prezident Administrasiyasından tez-tez xarici ölkələrdən gəlmiş rəsmi qonaqlar çıxır. Əgər həmin an qarşıdan hər hansı avtomobil gəlsə idi qəza qaçılmaz olacaqdı. Videonu təqdim edirik. Ümid edirik ki, DYP bu tələsən sürücünü aşkar edərək cərimə tətbiq edəcək və tələsdiyi yeri də ondan soruşacaq.

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man