Rusiyanın Arxanqelsk əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında “M-8” avtomagistralının 1047-ci kilometrliyində qeydə alınıb. Bu barədə Rusiyanın FHN-nin regional üzrə mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Mercedes” markalı mikroavtobus park vəziyyətində olan “Kamaz” markalı yük maşınının qoşqusuna çırpılıb. Zərbənin təsirindən mkroavtobus deformasiyaya uğrayıb.
Nəticədə 3 nəfər hadisə yerində, 1-i isə xəstəxanada dünyasını dəyişib. Daha 3 nəfər müalicə olunması üçün palataya yerləşdirilib.
Bildirilir ki, mikroavtobusda ümumilikdə biri sürücü olmaqla 8 nəfər olub. İnsidentdə sürücü xəsarət almayıb.
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man