Türkiyənin Malatya vilayətində sərnişin avtobus sürücüsünü yumruqlayıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Zəfər məhəlləsində qeydə alınıb.
Məlumata görə, Böyükşəhər bələdiyyəsinə məxsus marşrut avtobusunu idarə edən Sərcan Yoxuş, yanına Yasin D. adlı sərnişin yaxınlaşıb. Avtobusun “dayan” düyməsinə sıxdığını lakin istədiyi dayanacaqda dayanmadığını söyləyən Yasin D. ilə sürücü arasında mübahisə yaşanıb.
Mübahisə əsnasında sərnişin, hərəkətdə olan avtobusun sürücüsünü yumruqlamağa başlayıb.
Üzünə bir-iki yumruq dəydikdən sonra sükan idarəetməsini itirən sürücü, avtobusu güclüklə saxlayaraq Yasin D.-ni aşağı endirib.
Baş verən hadisədən sonra araşdırmalara başlayan polis əməkdaşları, bu gün səhərə saatlarında Yasin D.-ni yaxalayaraq bölməyə gətiriblər. Onun sorğusu davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man