Bakıda yol hərəkəti qaydasını pozaraq özünü və digər hərəkət iştirakçılarını təhlükəyə atan sürücünün görüntüsü kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, dekabrın 12-də Bakı-Dairəvi yolu ilə hərəkət edən 49-BF206 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qarşıdakı avtomobili soldan-boş zolaqla yox, sağdan-yol çiyninə çıxaraq təhlükəli şəkildə ötüb.
Sürücünün bu hərəkəti heç cürə başa düşülən deyil. Çünki o, sola dönmə işığını yandıraraq boş olan zolaqla rahat şəkildə ötüb keçə bilərdi. Görünür ki, qaydalar bu sürücüyə aid deyil.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man