Bakıda cərimədən yayınmaq istəyən sürücülərin ağlagəlməz üsulu - VİDEO

Nəqliyyat xəbərləri 12 Dekabr 2019 | 12:45
OXUNUB: 5936

Hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. İnstagram sosial şəbəkəsində açıq satılan xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlətmək mümkün olur. Məsələylə bağlı hüquq mühafizə orqanları da araşdırma aparır. Avtosfer.az xəbər verir ki, sürücüdə olan pultla avtomobilin nömrəsi anında bağlanılır. İstər avtomobil hərəkətdə olsun, istərsə də park edilmiş halda cəmi bir düymə ilə avtomobilin dövlət qeydiyyat nişanı gizlədilir. Son zamanlar instagram sosial şəbəkəsində bu cür elanlara tez-tez rast gəlmək mümkündür. Bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür.

Paylaşılan videolarda artıq bu nömərlərdən istifadə edənlərin olduğu da görünür. Hərçənd ki, satışla məşğul olanlar bu əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.

Əldə etdiyimiz məlumata görə, faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man