Kosta-Rikanın San-Xose şəhərində iki mühərrikli təyyarə nasazlıq səbəbindən uçuş-eniş zolağına sərt eniş edib. Avtosfer.az xəbər verir ki, insident dekabrın 9-da qeydə alınıb.
Məlumata görə, pilot havada olarkən teleqüllə ilə əlaqə saxlayaraq təyyarənin şassisində problemin olduğunu və təcili eniş etməsi ilə bağlı xəbərdarlıq edib.
“Piper PA-34 Seneca” hava gəmisinin uçuş-eniş zolağına qəzalı enişi təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda, təyyarənin eniş zolağına sərt şəkildə eniş etdiyi və bir az irəlilədikdən sonra çevrildiyi görülür. Təyyarə dayandıqdan bir neçə saniyə sonra göyərtədən sərnişinlər enir.
Yerli medianın bildirdiyinə görə, hava gəmisində ekipaj üzvləri ilə birlikdə 6 nəfər olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man