Yardımlıda avtomobil dərəyə aşıb, sürücü ölüb

Yol qəzaları 10 Dekabr 2019 | 14:00
OXUNUB: 766

Yardımlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə dekabrın 9-da rayonun Dəlləkli kənd ərazisində qeydə alınıb.

Belə ki, Dəlləkli kənd sakini, 1954-cü il təvəllüdlü Eyniyev Qurban Şükür oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı avtomobillə el arasında “Şiringül bulağı” adlanan yerdə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra avtomobil 15 metr məsafədən yuvarlanaraq dərəyə düşüb. 

Nəticədə avtomobilin sürücüsü Q.Eyniyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man