Bakıda yol hərəkəti qaydasını pozaraq sürcülərin və sərnişinlərin həyatını təhlükəyə atan marşrut avtobusunun görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 165 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-LZ-861 qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsü, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə axına qarşi hərəkət edib.
Avtobus sürücüsü qarşısına avtomobilin çıxdığını görən zaman, öz zolağına qayıtmaq əvəzinə daha da təhlükəli hərəkət edərək qarşı tərəfin sağ zolağına keçib. Onun bu hərəkəti sosial şəbəkədə qınanılıb.
Ümid edirik ki, aidiyyəti qurumlar bu sürücü barəsində ciddi tədbir görəcək.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man