Hər gün səhər saatlarında Bakı-Sumqayıt yolunun üzü şəhər istiqamətində (Beynəlxalq Avtovağzalın yanında) tıxac yaranır. Tıxacın başlıca səbəblərindən biri sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsidir. Avtosfer.az xəbər verir ki, dekabrın 7- də qeyd etdiyimiz yolda hərəkət edən marşrut avtobusunun sürücüsü, yol polislərinin gözü qarşısında 1.11 xəttinin tələbini pozaraq sol zolağa keçib. Eyni qaydanı pozan digər sürücülər saxlanılsa da avtobus sürücüsü məsuliyyətdən kənarda qalıb. Buna görə də, avtobus sürücüləri onlara qarşı olan nəzarətsizlikdən sui-istifadə edərək özlərini toxunulmaz hiss edirlər və yol hərəkəti qaydasını pozub qəza törədərək onlarla insanın həyatını məhv edirlər.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man