"Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan yük avtomobili sürücüsünün qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, dekabrın 8-də Bakı-Dairəvi yolunda hərəkət edən 99-JX-733 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü, həmin yolun orta zolağında olduğu üçün, sağ zolaqdakı avtomobil heç kimə mane olmadan sol zolağa yerdəyişmə edib. Bundan qəzəblənən yük avtomobilinin sürücüsü, işıq siqnalları ilə haqsız olaraq etirazını bildirib. Görüntünü qeydə alan sürücü məsələni aydınlaşdırmaq üçün sürətini azaldan zaman, yanacaq daşıyan yük avtomobilinin sürücüsü qəfildən sağ zolağa yerdəyişmə edərək təhlükə yaradıb. Bundan sonra yük avtomobilinin sürücüsü Yol Hərəkəti Haqqında Qanunun 49-cu maddəsinin tələbini pozaraq sağ zolaqla yox, orta zolaqla hərəkətini davam etdirib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man