Xarici ölkələrdə yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün yolları sensorlu işıqlarla təmin edirlər. Həmin ölkələrin birində çəkilmiş video sosial şəbəkədə izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, yol boyu çəkilmiş nişanlanma xətlərinin üzərinə yanıb-sönən xırda işıqlar quraşdırılıb. Günün qaranlıq saatlarında sürücülər yolda hərəkət edərkən həmin işıqlar yanıb-sönərək sürücünün yolu rahat görməsinə şərait yaradır. Bu işıqlar həm qaranlıqda, həm də məhdud görünmə şəraitində sürücülərə əvəzsiz köməklik göstərir.
Bizim ölkədə yolların yenidən qurulmasına milyonlarla vəsait ayrılır, lakin bir müddətdən sonra asfalt örtüyü yarasız hala düşür. Görünür ki, yollarımız lazımi keyfiyyətdə çəkilmir və təhlükəsizlik qaydalarına əməl edilmir. Hərəkətin təşkili ilə məşğul olan qurumlar dünya təcrübəsindən istifadə edərək bu cür yenilikləri bizim ölkə yollarında tətbiq etsələr sürücülərin təhlükəsiz hərəkətini təmin etmiş olarlar.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man