Yağışlı havada baş verən dəhşətli qəzalar – YENİ REAL VİDEO

Nəqliyyat TV 13 Yanvar 2020 | 11:03
OXUNUB: 8383

Yağışlı havada yol qəzaları tez-tez baş verir. Xüsusilə də magistral yollarda. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır. Avtosfer.az-ın təqdim etdiyi iki videoda baş verən qəzalar da yağışlı havanın vaxtına düşür. Birinci video gündüz vaxtı çəkilib. İlk baxışdan hər şey normaldır. Amma hərəkətdə olan “Mercedes 190” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirir. Yeriş sürüşkən olması avtomobilin ən sol zolaqdan sağa doğru getməsinə səbəb olur. Nəticədə öz yolu ilə gedən “Chevrolet” markalı maşına dəyir. Qəza zamanı xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyir.

İkinci qəza isə günün qaranlıq vaxtında baş verib. Belə ki, hərəkətdə olan avtomobillərdən biri ara məsafəsini düzgün seçmir. Nəticədə sürüşərək öndəki maşına dəyir. Qəzadan sonra üçüncü avtomobil də onların biri ilə toqquşur. Zəncirvari qəzadan son anda arxadan yüksək sürətlə gələn avtomobil xilas ola bilir. Videonu təqdim edirik:

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man